...

Azərbaycan bankları yetərli kapital ehtiyatları yaradıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Noyabr 2014 13:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir Maksim Tsurkov/

2014-cü il sentyabrın 1-nə Azərbaycanın bank sektorunun məcmu kapitalı təqribən 3,8 milyard manat təşkil edib ki, bu da cari ilin avqust ayının əvvəlinə olan göstəricini 1,2 faiz, cari ilin əvvəlinin göstəricisini 10,6 faiz və illik hesablamanı isə 22 faiz üstələyir. Trend-in məlumatına görə, bunu Azərbaycan Beynəlxalq Bankının (ABB) sədri Cahangir Hacıyev cümə günü Bakıda keçirilən MDB iştirakçı ölkələrin VII Bakı Beynəlxalq Bank Konfransı çərçivəsində deyib.

Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankının ölkə banklarının minimum kapitalının beşqat artırılması (50 milyon manatadək) haqqında qərarı öz effektivliyini göstərib.

C.Hacıyev qeyd edib ki, bu ilin aprelində "Moody`s" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sistemi üzrə stabil proqnozunu təsdiq edib: "Digər ölkələr üzrə mənfi proqnozlar fonunda agentliyin qiymətləndirmələrinə görə, Azərbaycan bankları yaxın 12-18 ay ərzində əlverişli əməliyyat mühitindən, aktivlərin stabil keyfiyyətindən və kapitalın yetərli ehtiyatlarından mənfəət götürməyə davam edəcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti