...

"Union Pay" ödəniş sistemi Azərbaycan bazarına çıxır

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Noyabr 2014 14:05 (UTC +04:00)
"Azərbaycan Beynəlxalq Bankı" (ABB) ASC bankomat və POS-terminallar şəbəkəsində "Union Pay" beynəlxalq ödəniş sisteminin kartlarını qəbul etməyə başlayıb.
"Union Pay" ödəniş sistemi Azərbaycan bazarına çıxır

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir Azad Həsənov/

"Azərbaycan Beynəlxalq Bankı" (ABB) ASC bankomat və POS-terminallar şəbəkəsində "Union Pay" beynəlxalq ödəniş sisteminin kartlarını qəbul etməyə başlayıb.

Trend-in məlumatına görə, ABB-nin baş direktoru Elmir Həbibullayev bu gün mətbuat konfransında bildirib ki, gələn ilin I yarısında bu ödəniş sisteminin kartlarının emissiyasına başlanması planlaşdırılır.

Onun sözlərinə görə, bank indiyədək 4 sistemin kartını qəbul edib, bunlar Visa, MasterCard, American Express və Diner's Club-dır: "Union Pay" sisteminin kartlarının qəbulu biznesin genişləndirilməsi üçün yeni imkanlar açacaq".

E.Həbibullayev qeyd edib ki, hazırda dünyada "UnionPay" sisteminin 4 milyarddan çox kartı buraxılıb, son il onların sayı 1 milyard artıb.

Baş direktor əlavə edib ki, Azərbaycanda bir çox beynəlxalq tədbirlər keçirildiyinə görə və qarşıdakı illər onların sayının artacağını nəzərə alsaq, turistlərin sayı çoxalacaq və bank onların rahatlığı üçün iri ödəniş sistemləri ilə əməkdaşlığı davam etdirəcək.

"UnionPay" 2002-ci ildə Şanxayda yaradılıb. Hazırda 141 ölkədə bu sistemin kartları 1 milyondan çox bankomatda qəbul edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti