...

Xalq Bank ipoteka kreditlərinin ödənişlərini onlayn qəbul edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2015 11:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 fevral /Trend/

2015-ci il fevralın 1-dən etibarən ASC Xalq Bankının Azərbaycan İpoteka Fondunun (AİF) vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin aylıq ödənişləri Hökumət Ödəniş Portalı vasitəsilə onlayn şəkildə qəbul olunacaq.

Bankdan Trend-ə verilən məlumata görə, bu, bankın müştəri rahatlığı və xidmət keyfiyyətinin artırılması, eləcə də nağdsız hesablaşmaların həcminin artırılması, elektron ödəniş xidmətlərindən istifadənin əhatə dairəsinin genişləndirilməsinə yönəlmiş daha bir addımıdır.

AİF tərəfindən yenidən maliyyəşdirilmış ipoteka kreditlərinin sahibləri aylıq ödənişi həm bankın filiallarında, həm də internet şəbəkəsi vasitəsilə həyata keçirə bilərlər. İpoteka kreditləri üzrə ödənişləri Azərbaycan Mərkəzi Bankı yanında fəaliyyət göstərən Hökumət Ödəniş Portalının www.gpp.az internet ünvanından həyata keçirmək olduqca rahatdır.

Xatırladaq ki, ASC Xalq Bankı əhaliyə verdiyi ipoteka kreditlərinin, o cümlədən Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına təqdim olunan ipoteka kreditlərinin sayına görə ölkədə liderdir.

Bu günə olan məlumata görə, Xalq Bank 118,307 milyon manat həcmində 2732 ipoteka krediti verib. Bu kreditlərin 1299-u Azərbaycan İpoteka Fondunun xətti ilə, 1433 ipoteka krediti isə əhaliyə Xalq Bankın daxili ipoteka proqramı çərçivəsində verilib.

Bankın daxili ipoteka proqramı üzrə təklif etdiyi ipoteka krediti şərtləri və məbləğinə görə bazarda ən cəlbedici məhsuldur. 25 ilədək müddətə verilən ipoteka kreditinin illik faiz dərəcəsi 10%-dən başlayır. Maksimal məbləği 500 000 manat olan krediti hətta Azərbaycan Respublikasının qeyri-rezidenti olan şəxslər ala bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti