...

"Azərbaycan və Rusiya investisiya üzrə əməkdaşlıq planı imzalayacaqlar" (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2015 14:45 (UTC +04:00)
Azərbaycan və Rusiya 2015-ci ilin birinci yarısında 2020-ci ilədək investisiya sahəsində əməkdaşlığa dair plan imzalamaq niyyətindədirlər.
"Azərbaycan və Rusiya investisiya üzrə əməkdaşlıq planı imzalayacaqlar" (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycan və Rusiya 2015-ci ilin birinci yarısında 2020-ci ilədək investisiya sahəsində əməkdaşlığa dair plan imzalamaq niyyətindədirlər.

Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı Bakıda jurnalistlərə Rusiya Federasiyası Hökuməti sədrinin müavini Arkadi Dvorkoviç bildirib.

O, qeyd edib ki, Azərbaycan və Rusiya bir sıra sənədlər üzrə işləri sürətləndiriblər: "Hazırkı səfər çərçivəsində sazişlərin imzalanması gözlənilmir. Lakin artıq ilin birinci yarısında imzalamaq üçün bir sıra sənədlər hazırlanır ki, bu sənədlərlə bağlı texniki məsələlərin razılaşdırılmasını sürətləndirmişik".

A.Dvorkoviçin sözlərinə görə, söhbət 2020-ci ilədək investisiya sahəsində əməkdaşlığı dair plandan, Azərbaycan və Rusiya enerji sistemlərinin işinin sinxronlaşdırılması üzrə sazişdən, Rusiyanın Birbaşa İnvestisiyalar Fondu (RBİF) ilə Azərbaycan Dövlət Neft Fondu arasında investisiya platformasının yaradılmasından gedir: "Belə sazişlər ticarət-investisiya sahəsində layihələrin reallaşdırılması üçün əsasdır".

Hökumət sədrinin müavini deyib ki, Moskvaya qayıdarkən əldə olunan razılaşmalar çərçivəsində işlərin sürətləndirilməsi üzrə zəruri göstərişlər verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti