...

Azərbaycanın ÜDM-i il ərzində 4,2 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Mart 2015 16:32 (UTC +04:00)
2015-ci ilin yanvar-fevral aylarında Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz artaraq 7,1 milyard manat olub.
Azərbaycanın ÜDM-i il ərzində 4,2 faiz artıb

Azərbaycan, Bakı, 13 mart /Trend/

2015-ci ilin yanvar-fevral aylarında Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz artaraq 7,1 milyard manat olub.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ÜDM-in 66,6 faizi iqtisadiyyatın qeyri-neft-qaz sahələrində istehsal olunub və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz artıb.

Bu dövrdə ÜDM-in 36,3 faizi sənayedə, 12,0 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 10,4 faizi tikintidə, 6,7 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 2,4 faizi informasiya və rabitə xidmətlərində, 14,9 faizi isə sosial və digər xidmətlər sahəsində istehsal olunub.

Məhsula və idxala xalis vergilər ÜDM-in 10,4 faizini təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti