...

"Elektron bankçılıq: mövcud vəziyyət və inkişaf perspektivləri" mövzusunda seminar keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2015 18:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 aprel /Trend/

Azərbaycan Mərkəzi Bankı tərəfindən "Bilik mübadiləsi" layihəsi çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri üçün "Elektron bankçılıq: mövcud vəziyyət və inkişaf perspektivləri" mövzusunda seminar keçirilib.

Bankdan Trend-ə verilən məlumata görə, seminarın keçirilməsində məqsəd bu sahədə ali təhsil müəssisələrinin tələbələrinin maarifləndirilməsi və elektron bankçılıq xidmətlərindən istifadənin təşviq edilməsindən ibarətdir.

Tədbir zamanı seminar iştirakçılarına elektron bankçılıq xidmətlərinin üstünlükləri, inkişaf istiqamətləri, bu sahədə mövcud vəziyyət və mütərəqqi beynəlxalq təcrübə barədə ətraflı məlumat verilib, həmçinin mövzu üzrə suallar cavablandırılıb.

Qeyd edək ki, layihə çərçivəsində ölkədə nağdsız hesablaşmaların həcminin artırılması və nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə silsilə tədbirlər həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti