...

Rusiya İslam bankçılığının inkişafını Azərbaycandan öyrənmək istəyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2015 15:37 (UTC +04:00)
Rusiya İslam bankçılığı sahəsində Azərbaycanın təcrübəsini öyrənmək istəyir.
Rusiya İslam bankçılığının inkişafını Azərbaycandan öyrənmək istəyir

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir Ənvər Məmmədov/

Rusiya İslam bankçılığı sahəsində Azərbaycanın təcrübəsini öyrənmək istəyir.

Bunu Trend-ə Y.T.Qaydar adına İqtisadi Siyasət İnstitutunun elmi işlər üzrə direktoru Sergey Drobışevski Bakıda "Postsovet məkanında İslam bankçılığının inkişaf perspektivləri" mövzusunda keçirilən konfrans çərçivəsində deyib.

Onun sözlərinə görə, Azərbaycan Beynəlxalq Bankının Rusiyada törəmə strukturunun olması buna kömək etməlidir: "Bundan başqa, İslam bankçılığının inkişaf etdiyi Malayziyadan olan eyni sahənin mütəxəssisləri ilə müqayisədə Azərbaycan bankları və iş adamlarına Rusiyada işləmək daha asan olacaq. Azərbaycan və Rusiya arasında dil maneəsi yoxdur, əksinə, oxşar mədəniyyət var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti