...

Vergi orqanlarına daxil olan müraciətlərin cüzi hissəsi şikayətdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 May 2015 03:18 (UTC +04:00)
2015-ci ilin aprel ayı ərzində vergi orqanlarına cəmi 9028 müraciət daxil olub ki, onlardan da 97,4%-i ərizə, 2,5%-i şikayətdir.
Vergi orqanlarına daxil olan müraciətlərin cüzi hissəsi şikayətdir

Azərbaycan, Bakı, 19 may /Trend/

2015-ci ilin aprel ayı ərzində vergi orqanlarına cəmi 9028 müraciət daxil olub ki, onlardan da 97,4%-i ərizə, 2,5%-i şikayətdir.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, müraciətlərin 42,1%-i kameral vergi yoxlamaları,29.6.%-i müxtəlif arayışların alınması, 8,2%-i vergi borcları, 1,8%-i səyyar vergi yoxlamaları, 1,4%-i operativ vergi nəzarəti, 0.5%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,2%-i korrupsiya hüquqpozmaları, 16,2%-i isə digər məsələlərlə bağlı olub. Ümumilikdə müraciətlərin 64,1%-i müsbət həll olunub 19,2%-i üzrə müvafiq izahatlar verilib, 2,7%-i əsassız sayılıb, 0,7%-i qismən həll olunub, 0,4%-i aidiyyəti üzrə göndərilib, 12,7%-i icradadır.

Hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından nazirliyin aparatına 33 müraciət, o cümlədən 19 ərizə, 13 şikayət və 1 təklif daxil olub.

2015-ci ilin aprel ayı ərzində Vergilər Nazirliyinin aparatının müvafiq struktur bölmələrinin rəhbərləri və ya digər vəzifəli şəxsləri tərəfindən 133 vətəndaş qəbul edilərək, onlara mövcud qanunvericilik çərçivəsində köməklik göstərilib və ya müvafiq izahatlar verilib.

Hesabat dövründə vergilər naziri tərəfindən Ağdam şəhərində 23 vətəndaş qəbul edilib. Onların müraciətləri əsasən vergi nəzarəti tədbirləri, vergi qanunvericiliyi və inzibatçılığında dəyişikliklərin edilməsi, maddi yardım və güzəştli şərtlərlə kredit alınmasına köməklik göstərilməsi, sosial sığorta ödənişləri və s məsələlərlə bağlı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti