...

Ramazan bayramında nağd pul kreditini 2 gün komissiyasız alın

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2015 17:48 (UTC +04:00)
“Bank of Baku” Ramazan bayramında vətəndaşların nağd pula gündəlik ehtiyaclarını qarşılamaq məqsədilə 2 gün “Komissiyasız kredit” kampaniyasını elan edir.
Ramazan bayramında nağd pul kreditini 2 gün komissiyasız alın

Azərbaycan, Bakı, 15 iyul /Trend/

"Bank of Baku" Ramazan bayramında vətəndaşların nağd pula gündəlik ehtiyaclarını qarşılamaq məqsədilə 2 gün "Komissiyasız kredit" kampaniyasını elan edir.

Bankdan Trend-ə verilən məlumata görə, kampaniyanın şərtlərinə əsasən 16 iyul (tam gün) və 18 iyul (filiallar saat 14:00-dək işləyir) bankın bütün filiallarında komissiyasız nağd kredit rəsmiləşdirmək mümkün olacaq. Kreditin maksimal məbləği 10 000 AZN, müddəti 24 aya qədərdir.

Hazırda bankda nağd kreditlər üzrə faiz dərəcəsi 23-29% aralığındadır.

Krediti rəsmiləşdirmək üçün şəxsiyyət vəsiqəsi, elektron arayış və ya iş yerindən arayışı təqdim etmək kifayətdir.

"Bank of Baku"nun nağd pul krediti haqqında daha ətraflı məlumatı 145 Məlumat Mərkəzi, www.bankofbaku.com və www.facebook.com/bankofbaku səhifəsindən əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti