...

Azərbaycanda bank aktivlərinin idarə edilməsi üzrə agentlik yaradıldı

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Sentyabr 2015 13:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir Ənvər Məmmədov/

Azərbaycanda "Bank aktivlərinin idarə edilməsi Agentliyi" MMC dövlət qeydiyyatından keçib. Bu barədə Trend "Vergilər" qəzetinə istinadən məlumat verir.

Yeni agentliyin qanuni təmsilçisi Süleyman Bəkirovdur. S.Bəkirov daha əvvəl "Azər-Türk Bank"ın İdarə Heyətinin sədr müavini olub.

MMC-nin nizamnamə kapitalı 10 min manatdır. Agentlik 2015-ci il avqustun 11-də Vergilər Nazirliyində dövlət qeydiyyatından keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti