...

"Silk Way": Azərbaycan Amerika və Avropadan Asiyaya daşınan yüklər üçün tranzit məntəqəsinə çevrildi (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Oktyabr 2015 14:34 (UTC +04:00)
Bakı yük terminalı Azərbaycana Amerika və Avropadan Asiyaya və Asiyadan Amerika və Avropaya daşınan yüklər üçün yük boşaltma məntəqəsinə çevrilməyə imkan verdi ki, bu da "İpək yolu" layihəsinin ayrılmaz hissəsidir.
"Silk Way": Azərbaycan Amerika və Avropadan Asiyaya daşınan yüklər üçün tranzit məntəqəsinə çevrildi (FOTO)

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir Maksim Tsurkov/

Bakı yük terminalı Azərbaycana Amerika və Avropadan Asiyaya və Asiyadan Amerika və Avropaya daşınan yüklər üçün yük boşaltma məntəqəsinə çevrilmək imkan verdi ki, bu da "İpək yolu" layihəsinin ayrılmaz hissəsidir.

Trend-in məlumatına görə, bunu "Silk Way Group"un prezidenti Zaur Axundov Bakıda keçirilən VI Xəzər Hava Yükdaşımaları Sammitində deyib.

Onun sözlərinə görə, Bakı yük terminalı yük hava təyyarələrinə yerüstü xidmətlərin göstərilməsi və hava yük axınlarının işlənməsi üzrə bütün spektr xidmətlər göstərir.

Z.Axundov qeyd edib ki, son vaxtlar aviadaşımalar sahəsində müəyyən çətinliklər müşahidə olunur: "Dünyanın bir çox ölkəsində, o cümlədən Rusiya və Mərkəzi Asiya ölkələrində itqisadi eniş yük daşımalarının həcmlərinin azalmasına təsir edib".

Z.Axundov əlavə edib ki, "Silk Way Group" belə şəraitdə təyyarə parkının modernləşdirilməsinə üstünlük verir: "Silk Way Airlines" və "Boeing" şirkəti arasında "Boeing 747-8" tipli 5 müasir yük təyyarəsinin alışı üzrə memoradum imzalanıb. Nəzərdə tutulduğu kimi, 3 təyyarənin ölkəyə gətirilməsi başa çatıb və onlar əmin-amanlıqla fəaliyyət göstərirlər. Gələn il daşıyıcı şirkətin parkı "Boeing 747-8" tipli daha 2 təyyarə ilə zənginləşəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti