...

Azərbaycan ixrac xərclərini azaldacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Oktyabr 2015 16:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 oktyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyri-neft məhsullarının ixracının artırılmasına dair verdiyi tapşırığın icrası olaraq, İqtisadiyyat və Sənaye Nazirliyi dünən keçirilmiş geniş kollegiya iclasında ixracın stimullaşdırılması üçün təkliflər paketinin hazırlanması barədə qərar qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, eyni zamanda, iclasda nazirlik ixrac xərclərinin azaldılması məqsədilə qeyri-neft məhsullarına mənşə sertifikatının verilməsi üçün ekspertiza xidmətlərinə görə tariflərin 30%-dək azaldılması barədə Tarif (qiymət) Şurasına müraciət etməyi qərara alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti