Bakı. Azad Həsənli - Trend:
Azərbaycan Mikromaliyyə Assosiasiyanının (AMFA) İdarə Heyətinin tərkibində dəyişiklik baş verib. Bu barədə Trend AMFA-nın saytına istinadən məlumat verir.
"Rabitəbank"ın İdarə Heyətinin sədri Elçin Qədimov və "Dəmirbank"ın İdarə Heyətinin sədr müavini Azər Hümbətov AMFA-nın İdarə heyətinin yeni üzvləri olublar.
Bundan başqa, TCF Bank Olmayan Kredit Təşkilatının (BOKT) Biznesin inkişafı şöbəsinin direktoru Camid Mövsümov və "Vision Azercredit" BOKT-un İdarə Heyətinin sədr müavini Samir Cəfərli İdarə Heyətinin tərkibindən çıxarılıb.