...

Elman Rüstəmov: Azərbaycanda 7-dək bank birləşə bilər (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2016 12:37 (UTC +04:00)
Azərbaycanın bank sektorunda konsolidasiya 5-7 banka şamil edilə bilər.
Elman Rüstəmov: Azərbaycanda 7-dək bank birləşə bilər
(ƏLAVƏ OLUNUB)

Bakı. Azad Həsənli - Trend:

Azərbaycanın bank sektorunda konsolidasiya 5-7 banka şamil edilə bilər.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası bu məsələ üzrə ciddi iş aparır: "Bu həssas məsələdir, çünki bu banklarda əhalinin əmanətləri yerləşib. Hazırda həll etməli olduğumuz əsas məsələ əmanətlərin sığortalanmasıdır. Bu məsələdə heç bir diskomfort yoxdur, çünki banklar birləşəndə iri olurlar".

E.Rüstəmov qeyd edib ki, Azərbaycanda bankların konsolidasiyası prosesinə beynəlxalq maliyyə təşkilatları, eləcə də Beynəlxalq Maliyyə Korporasiyası və Avropa Yenidənqurma və İnkişaf Bankı da maraq göstərir:"Bu bankların sağlamlaşmasına gətirib çıxaracaq. Hesab edirəm ki, konsolidasiya bank sahibləri və əhalinin də maraqlarına uyğundur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti