Bakı. Maksim Tsurkov - Trend:
Bu günə qədər Xaçmaz rayonunda 722 sahibkara 50 milyon manat həcmində güzəştli kredit verilib. Trend-in məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev rayon sakinləri və ictimai xadimləri ilə görüşdə bildirib.
Nazir qeyd edib ki, Azərbaycanda milli iqtisadiyyatın möhkəmlənməsi istiqamətində ardıcıl işlər görülür. Onun sözlərinə görə, 2014-2018-ci illər üçün regionların soail-iqtisadi inkişafı Dövlət Proqramının realizəsi ümumilikdə ölkə və ayrı-ayrı regionlar üçün böyük imkanlar yaradacaq.
Görüşdə bildirilib ki, hazırda yolların tikintisi davam edir. 44 yeni məktəb və 2 uşaq bağçası, 11 səhiyyə müəssisəsi, 12 mədəniyyət ocağı tikilib, təmir edilib. Rayonda 610-dan artıq yeni müəssisə və təşkilat yaradılıb, 21,6 mindən artıq yeni iş yeri açılıb ki, bunun da 14,7 mini daimi iş yeridir.