...

Bağlanan "Gəncəbank"ın 378 əmanətçisi kompensasiya alacaq (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2016 12:06 (UTC +04:00)
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) "Gəncəbank"ın sığortalanmış 378 əmanətçisinə 1,5 milyon manat ödəyəcək.
Bağlanan "Gəncəbank"ın 378 əmanətçisi kompensasiya alacaq (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:06-da yayımlanıb)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) "Gəncəbank"ın sığortalanmış 378 əmanətçisinə 1,5 milyon manat ödəyəcək. Trend-in məlumatına görə, bunu ADIF-in icraçı direktoru Azad Cavadov deyib.

"Rabitə Bank", "Unibank" və "Kapital Bank" agent banklar təyin edilib, yəni kompensasiya almaq üçün "Gəncəbank"ın müştəriləri bu 3 bankın filiallarına müraciət etməlidirlər. Kompensasiyaların ödənişi fevralın 4-dən başlayacaq.

Onun sözlərinə görə, "Gəncəbank"ın müştərilərinə əmanətləri 7 gün ərzində ödəmək planlaşdırılır: "Bank ümumilikdə bizə təqribən 6 min hesab verib, lakin bunun 5 mindən çoxu vəsaiti 1 manatadək olan hesablardır".

Əmanətlərin ilkin məbləği 1,9 milyon manat idi, bunun 1,5 milyon manatı artıq agent banklara göndərilib ki, kompensasiyalar ödənilsin. Qalan 400 min manat məbləğ hələ öyrənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti