...

“Günəşli” yatağındakı 106 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Fevral 2016 11:56 (UTC +04:00)
Neft-qaz sənayemizdə əhəmiyyətli rola malik “Günəşli” yatağındakı 2 nömrəli dərin dəniz özülündə 106 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
“Günəşli” yatağındakı 106 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib

Bakı. Trend:

Neft-qaz sənayemizdə əhəmiyyətli rola malik "Günəşli" yatağındakı 2 nömrəli dərin dəniz özülündə 106 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, quyu məhsuldar qat çöküntülərinin Balaxanı Lay Dəstəsinin X horizontundan qazlift üsulu ilə məhsul verib, 3050-3011 metr intervaldan sutkalıq 30 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri "Azneft" İstehsalat Birliyinin "28 May" Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti