...

Rəsmi Kiyev: Transxəzər dəmir yolu marşrutu gələn aydan işə salınacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Fevral 2016 17:09 (UTC +04:00)
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Asiya ilə Avropanı birləşdirən dəmir yolu marşrutu mart ayından etibarən işə salınacaq.
Rəsmi Kiyev: Transxəzər dəmir yolu marşrutu gələn aydan işə salınacaq

Bakı. Elçin Hüseynov - Trend:

Ukraynanın infrastruktur naziri Andrey Pivovarski hesab edir ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Asiya ilə Avropanı birləşdirən dəmir yolu marşrutu mart ayından etibarən işə salınacaq. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Nazir deyib ki, bütün texniki problemləri tənzimləyən yekun sazişin imzalanması Bakıda təxminən fevralın 20-nə gözlənilir.

Qeyd edək ki, Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin (Xəzər və Qara dənizi vasitəsilə) marşrutu üzrə yanvarın 15-də İliçevskdən yola düşən ilk sınaq konteyner qatarı fevralın 2-də təyinat yerinə çatıb.

Xatırladaq ki, yanvarın 14-də Bakıda keçirilmiş dördtərəfli görüşdə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna nümayəndələri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda vahid tariflərin müəyyənləşdirilməsi haqqında razılığa gəliblər. Müvafiq protokolu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev, "Qazaxıstan Dəmir Yolu" SC-nin prezidenti Askar Mamin, "Gürcüstan Dəmir Yolu" SC-nin rəisi Mamuka Baxtadze və "Ukrayna Dəmir Yolu" SC-nin İdarə Heyətinin sədr əvəzi Aleksandr Zavqorodniy imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti