...

Azərbaycanda dempinqli malların idxalına görə gömrük rüsumunun artırılması təklif edildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2016 13:23 (UTC +04:00)
“Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanun layihəsi yerli istehsalçıları dempinqdən (malın normal dəyərindən aşağı qiymətə ölkəyə idxalı) və Azərbaycana subsidiyalaşdırılmış idxaldan qoruya bilər.
Azərbaycanda dempinqli malların idxalına görə gömrük rüsumunun artırılması təklif edildi

Bakı. Azad Həsənli - Trend:

"Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanun layihəsi yerli istehsalçıları dempinqdən (malın normal dəyərindən aşağı qiymətə ölkəyə idxalı) və Azərbaycana subsidiyalaşdırılmış idxaldan qoruya bilər. Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

Onun sözlərinə görə, qanun layihəsi dempinq faktlarının aşkar olunması üzrə yardım tədbirlərini ehtiva edir: "Belə faktların aşkar edilməsi zamanı həmin məhsulun ölkəyə idxalı üçün gömrük rüsumunun həcminin dempinq marjası həcmində artırılması təklif edilir.

S.Babayev qeyd edib ki, qanun layihəsinin hazırlanması zamanı Ümumdünya Ticarət Təşkilatının 4 direktivindən istifadə olunub.

Yekunda qanun layihəsi baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti