...

Vergiödəyicilərə 80 minə yaxın mesaj göndərilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2016 18:25 (UTC +04:00)
2016-cı ilin yanvar ayında Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı 30 883 müraciət cavablandırılıb.
Vergiödəyicilərə 80 minə yaxın mesaj göndərilib

Bakı. Trend:

2016-cı ilin yanvar ayında Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı 30 883 müraciət cavablandırılıb.

Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, müraciətlərin 14,9 %-i vergi nəzarəti tədbirləri, 5,4%-i vergi qanunvericiliyi, 3,8%-i şəxsi hesab vərəqəsi, 1,8 %-i vergilər və onların ödənilməsi qaydaları, qalanları isə digər məsələlər barədə olub.

Hesabat dövründə səsli menyu vasitəsilə məlumat almaq üçün Çağrı Mərkəzinə 8952 zəng daxil olub, 3816 zəng zamanı vergi borcu, 2492 zəng zamanı isə vergi növləri ilə bağlı məlumatlar verilib.

Vergiödəyicilərin məlumatlandırılması məqsədilə onlara 78 408 mesaj göndərilib. Onlardan 2982-si ikitərəfli SMS xidməti vasitəsilə həyata keçirilib.

Hesabat dövründə Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 399 761 daxilolma qeydə alınıb.

2016-cı ilin yanvar ayında vergiödəyicilərə xidmət strukturları tərəfindən 35 732 nəfər şəxsə ümumilikdə 55 454 sayda xidmət göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti