...

Bank VTB (Azərbaycan) ödəniş kartlarının 3D Secure xidmətinə icbari qoşulma şərtini tətbiq edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Fevral 2016 17:33 (UTC +04:00)
Bank VTB (Azərbaycan) ödəniş kartlarının 3D Secure (Verified by Visa) xidmətinə icbari qoşulması şərtini tətbiq edir.
Bank VTB (Azərbaycan) ödəniş kartlarının 3D Secure xidmətinə icbari qoşulma şərtini tətbiq edir

Bakı. Trend:

Bank VTB (Azərbaycan) ödəniş kartlarının 3D Secure (Verified by Visa) xidmətinə icbari qoşulması şərtini tətbiq edir.

Bankdan Trend-ə verilən məlumata görə, 3D Secure texnologiyası kredit və debet kartları ilə onlayn ödəniş zamanı əlavə təhlükəsizlik səviyyəsi kimi istifadə olunur. Belə ki, bu xidmət vasitəsi ilə müştərilər üçüncü şəxslər tərəfindən öz kartlarının icazəsiz istifadəsindən qorunmuş olacaq.

3D Secure xidməti bank VTB (Azərbaycan) tərəfindən hələ 2015-ci ildə tətbiq olunub. Lakin bir çox kart sahibi bu zamana qədər xidmətin üstünlüklərindən yararlanmayıb. Bank müştəri kartları ilə qeyri-qanuni əməliyyatların riskini minimallaşdırmaq məqsədi ilə 1 mart 2016-cı il tarixindən ödəniş kartlarının 3D Secure xidmətinə qoşulmasını icbari şərt kimi tətbiq edir.

Özünü dələduzluqdan qorumaq və 3D Secure (Verified by Visa) texnologiyasından istifadə etmək üçün müştərilər öz kartlarını qeyd olunan https://acs.3dsecure.az/way4acs/enroll linki keçərək prosesinq şirkətinin www.azericard.com saytında qeydiyyatdan keçirməlidir.

Bundan sonra müştərilər SMS vasitəsi ilə (SMS-xəbərdarlıq xidmətinə qoşulduqda) birdəfəlik parol əldə edəcək. Müştəri SMS-xəbərdarlıq xidmətinə qoşulmadığı halda, 3D Secure birdəfəlik parol əvvəlcədən bank VTB (Azərbaycan)-ın bankomatından alınmalıdır.

Qeyd edək ki, 3D Secure xidməti tamamilə pulsuzdur. Əlavə suallar yarandığı halda müştərilər VTB (Azərbaycan)-ın istənilən filialına müraciət edə və ya 986 qısa nömrəli Çağrı mərkəzi vasitəsi ilə əlaqə saxlaya bilər.

Kartlarını bu sistemə qoşmayan müştərilər onlayn ödənişlər həyata keçirə bilməyəcək. Məhdudiyyətlər digər kart əməliyyatlarına aid olunmur.

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları VTB Bank ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti