Bakı. Səba Ağayeva - Trend:
Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması səmərəli addım ola bilər.
Trend-in məlumatına görə, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Bakıda brifinqdə deyib.
F.Moqerini əlavə edib ki, Azərbaycanın ÜTT-yə üzv olması səmərəli addım ola bilər, çünki bu, ölkənin iqtisadi inteqrasiyasının dərinləşməsinə gətirib çıxara bilər: "Şübhəsiz ki, bu, ölkə iqtisadiyyatında islahatlar prosesinə öz töhfəsini verəcək".