...

Bank VTB-nin (Azərbaycan) İdarə heyəti sədrinin yeni müavini təyin edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2016 10:29 (UTC +04:00)
Bank VTB (Azərbaycan)-ın Müşahidə Şurasının qərarı ilə Okayev İqor Anatolyeviç idarə heyətinin üzvü, korporativ biznesin inkişafı departamentinin direktoru vəzifəsinə təyin edilib.
Bank VTB-nin (Azərbaycan) İdarə heyəti sədrinin yeni müavini təyin edilib

Bakı. Trend:

Bank VTB (Azərbaycan)-ın Müşahidə Şurasının qərarı ilə Okayev İqor Anatolyeviç idarə heyətinin üzvü, korporativ biznesin inkişafı departamentinin direktoru vəzifəsinə təyin edilib.

Bu barədə Trend-ə ASC VTB-nin (Azərbaycan) Mətbuat xidmətindən məlumat verilib.

İqor Okayev Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi əlaqələr fakultəsinin bakalavriat və maqistraturasını bitirib. Bank sahəsində 2003-cü ildən çalışır. Son bir neçə ili İ.Okayev Unibank-ın korporativ müştərilərlə iş üzrə departamentinə rəhbərlik edib, eləcə də kredit komitəsinin sədri və icra komitəsinin üzvü olub.

Arayış üçün:

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub
Tel.: (012) 492 00 80
Faks: (012) 437 71 21
E-mail: [email protected] www.vtb.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti