...

İsveçrə Azərbaycandan turist axınının artacağına ümid edir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2016 19:09 (UTC +04:00)
İsveçrə Azərbaycandan turist axınının artacağına ümid edir.
İsveçrə Azərbaycandan turist axınının artacağına ümid edir (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

İsveçrə Azərbaycandan turist axınının artacağına ümid edir. Trend-in məlumatına görə, bunu "Switzerland Tourism" şirkətinin İnkişaf edən bazarlar və xüsusi layihələr şöbəsinin müdiri Federiko Sommaruqa Bakıda İsveçrənin turizm potensialının təqdimatında deyib.

Onun sözlərinə görə, 2015-ci ildə Azərbaycandan olan turistlərin sayı milli valyutanın devalvasiyasına görə azaldı: "Məlumatımıza görə, ötən il təqribən 10 min azərbaycanlı (1 turist - 1 sutka hesabı ilə) turist İsveçrəyə gəlib".

F.Sommaruqa qeyd edib ki, Azərbaycanla İsveçrəni birləşdirən birbaşa aviareysin olmaması müəyyən çətinliklər yaradır: "Ötən ilədək AZAL-ın Bakı-Cenevrə birbaşa reysi vardı və turistlərin sayı çox idi. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə görüşdə bu vacib məsələni də gündəmə gətirdik. Bu məsələnin həlli bizdən asılı deyil, lakin ümid edirəm ki, həmin aviareys tezliklə bərpa ediləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti