...

Bank VTB-nin (Azərbaycan) səhmdarlarının ümumi yığıncağının vaxtı təsdiqləndi

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2016 17:57 (UTC +04:00)
Bank VTB (Azərbaycan) ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağının vaxtı təsdiqləndi.
Bank VTB-nin (Azərbaycan) səhmdarlarının ümumi yığıncağının vaxtı təsdiqləndi

Bakı. Trend:

Bank VTB (Azərbaycan) ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağının vaxtı təsdiqləndi.

Bankdan Trend-ə verilən məlumata görə, 31 may 2016-cı il tarixində Bank VTB (Azərbaycan) ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. Tədbir bankın baş ofisində, Xətai prospekti, 38 ünvanında saat 11:00-da olacaq.

İclasın gündəliyinə bankın səhmdarlarının növbəti ümumi yığıncağının katibinin seçilməsi, bankın 2015-ci ildə maliyyə hesabatlığının müzakirəsi, bankın 2015-ci il üzrə mənfəətinin paylaşdırılması və dividendlərin ödənilməsi kimi məsələlər daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti