...

"Nikoil Bank" Böyük Vətən müharibəsi veteranlarını təbrik etdi (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2016 18:03 (UTC +04:00)
Faşizm üzərində Qələbə günü şərəfinə NIKOIL | Bank-ın kollektivi bir sıra xeyriyyə və sosial tədbirləri həyata keçirmişdir.
"Nikoil Bank" Böyük Vətən müharibəsi veteranlarını təbrik etdi (FOTO)

Bakı. Trend:

Faşizm üzərində Qələbə günü şərəfinə NIKOIL | Bank-ın kollektivi bir sıra xeyriyyə və sosial tədbirləri həyata keçirmişdir. Bankın maliyyə dəstəyi ilə Bakı şəhərində yerləşən Rus Mədəniyyət Mərkəzində "Dinamiks" vokal ansamblının "Oxu, əsgər, öz əsgər yolun haqqında" adlı qastrol konsertinə start verildi. Konsert aprelin 27-dən mayın 15-dək davam edəcək və Bakı şəhəri daxil olmaqla Azərbaycanın bir sıra şəhər və regionlarında keçiriləcəkdir.

NIKOIL | Bank faşist işğalçıları üzərində qələbənin əldə edilməsində əvəzsiz tövhəsini verən veteran müştərilərini və Bankın əməkdaşlarının birbaşa qohumlarınada unutmayıb. Bank tərəfindən qiymətli hədiyyə ilə yanaşı, hər bir veterana maddi yardım göstərilmişdir.

Növbəti tədbir isə artıq ənənəvi xarakter daşıyan Leninqrad Mühasirəsi İştirakçıları (hazırda Sankt-Peterburq) İctimai Birliyinin üzvləri ilə görüş oldu. Bayram ziyafəti zamanı hər bir mühasirə iştirakçısına Bank tərəfindən maddi yardım təqdim edilmişdir.

Xatırladaq ki, 1941-1945-ci illər ərzində 600 000-ə yaxın azərbaycanlı sovet ordusu sıralarına çağırılmışdır və təxminən yarısı cəbhədə gedən döyüşlərdə həlak olmuşdur.

NIKOIL | Bank əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. NIKOIL | Bank - ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı www.nikoil.az rəsmi internet səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.

Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil

Məqalədə:
Xəbər lenti

Xəbər lenti