...

Bank VTB (Azərbaycan) kassam.az ödəniş sisteminə qoşulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 May 2016 11:09 (UTC +04:00)
Bank VTB (Azərbaycan) müştərilərinin rahatlığı üçün kreditlərin onlayn ödəniş imkanlarını genişləndirir.
Bank VTB (Azərbaycan) kassam.az ödəniş sisteminə qoşulub

Bakı. Trend:

Bank VTB (Azərbaycan) müştərilərinin rahatlığı üçün kreditlərin onlayn ödəniş imkanlarını genişləndirir.

Bank VTB-nin (Azərbaycan) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bank kassam.az elektron ödəniş sisteminə qoşulub ki, bu da VTB (Azərbaycan)-ın müştərilərinə kredit üzrə borclarını onlayn rejimdə ödəməyə imkan verəcək.

Bunun üçün www.kassam.az portalında VTB (Azərbaycan) müştəriləri "Bank xidmətləri" bölməsinə keçib "VTB Bank" səhifəsinə daxil olub ödəniş etməlidir.

İstifadəçilər borclarını şəxsiyyət vəsiqəsinin PİN-kodunu, kredit müqaviləsinin və ya kartın nömrəsini daxil edərək qaytara bilər.

Kassam.az portalında kreditləri yalnız manatla ödəmək mümkündür (dollar kreditləri üzrə ödəniş manat ekvivalentində həyata keçirilir).

Ödənişləri həftənin 7 günü, 24 saat fasiləsiz etmək olar. Saat 17.00-dan sonra və qeyri-iş günlərində ödənilən kreditlər növbəti iş günündə ödənilmiş hesab olunacaq.

Hazırda VTB (Azərbaycan) müştəriləri kredit üzrə borclarını bir sıra ödəniş sistemi vasitəsi ilə qaytara bilər: "Е-manat" və "Milli-Ön", eləcə də www.hesab.az, www.e-pul.az, www.kassam.az onlayn sistemləri.

Arayış üçün:

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub.

Tel.: (012) 492 00 80
Faks: (012) 437 71 21
E-mail: [email protected] www.vtb.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti