...

Bank VTB müştəriləri manat köçürməsini cəmi 1 AZN-ə göndərə bilərlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyun 2016 16:54 (UTC +04:00)
Bank VTB (Azərbaycan) müştəriləri ölkə daxilində manat köçürməsini cəmi 1 AZN-ə göndərə bilər
Bank VTB müştəriləri manat köçürməsini cəmi 1 AZN-ə göndərə bilərlər

Bakə. Trend:

Bank VTB (Azərbaycan) öz müştərilərinə "Zolotaya Korona" təcili pulköçürmə sistemi vasitəsilə ölkə daxilinə pul köçürmələrini milli valyutada çox sərfəli şərtlərlə reallaşdırmağa imkan verir.

Bankdan Trend-ə verilən məlumata görə, ölkə daxilində köçürmə 300 manatadək olduqda xidmət üzrə ödəniş 1 manat təşkil edir. Köçürülən məbləğ 300 manatdan çox olduqda xidmət haqqı yenə də çox sərfəlidir - köçürülən məbləğin cəmi 0,3%-i (15 manatdan çox olmamaqla) təşkil edir.

Köçürmə bir neçə dəqiqə ərzində həyata keçirilir. Beləliklə, bankın bütün müştəriləri pul vəsaitlərini Azərbaycan Respublikası ərazisində onlar üçün rahat olan istənilən "Zolotaya Korona" ödəmə məntəqəsindən ala bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti