...

Xam neft və təbii qaz hasilatı üzrə qiymətlər artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyun 2016 16:02 (UTC +04:00)
Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Xam neft və təbii qaz hasilatı üzrə qiymətlər artıb

Bakı. Trend:

Bakı. Trend:

Azərbaycanda 2016-cı ilin yanvar-may aylarında 2015-ci ilin eyni dövrünə nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 7,0 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 6,5 faiz, emal sənayesi üzrə 9,2 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 7,5 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsi üzrə isə 1,5 faiz artıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2016-cı ilin may ayında aprel ayına nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 9,8 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 11,3 faiz, emal sənayesi üzrə 4,2 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsi üzrə 7,6 faiz artıb, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə isə dəyişiklik baş verməyib.

Mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 11,4 faiz artıb, metal filizlərinin hasilatı üzrə 2,9 faiz azalıb. Ay ərzində emal sənayesində istehsalçı qiymətləri rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 8,6 faiz, neft məhsullarının istehsalı üzrə 7,1 faiz, kimya sənayesi üzrə 6,1 faiz, toxuculuq sənayesi üzrə 3,0 faiz, geyim istehsalı üzrə 2,2 faiz, qida məhsullarının istehsalı üzrə 2,1 faiz, poliqrafiya fəaliyyəti üzrə 0,5 faiz, elektrik avadanlıqlarının istehsalı üzrə 0,2 faiz artıb, dəri, dəridən məmulatların, ayaqqabıların istehsalı üzrə 3,6 faiz, metallurgiya sənayesi üzrə 2,1 faiz, içki istehsalı üzrə 0,7 faiz, tikinti materiallarının istehsalı üzrə 0,1 faiz ucuzlaşıb.

Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti