Bakı. Trend:
Bakıda ilk dəfə təşkil olunan "Formula 1" yarışmasına gələcək qonaqların və oyunlar zamanı yerli sakinlərin bank xidmətlərindən rahat istifadəsini təmin etmək məqsədi ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi əsasında Expressbank "Nəsimi" filialının iş saatlarını 21:00-dək uzadıb.
Üstəlik, filial bayram günü - 15 iyun Milli Qurtuluş günü, şənbə və bazar günləri də yeni iş rejimi ilə çalışacaq.
Paytaxtımızın əsas küçələrində hərəkət məhdudiyyətini nəzərə alaraq Bakının mərkəzində yerləşən "Nəsimi" filialında iş rejiminin dəyişdirilməsi müvəqqəti xarakter daşıyır. Yeni iş rejimi 21 iyuna qədər davam edəcək. Bu müddət ərzində müştərilər kassa hesablaşma əməliyyatları, valyuta mübadiləsi, hesabların açılması, əmanət və təcili pul köçürmələri üzrə müxtəlif bank xidmətlərindən rahatlıqla istifadə edə bilərlər.
Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Bərdə, Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 7000-dək POS-terminal və 500-dək ExpressPay ödəniş terminalı xidmət göstərir.
Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi "facebook" səhifəsinə (www.facebook.com/Expressbank) daxil ola bilərsiniz.