...

"Şirkətin mətbuat xidməti: müasir trend və drayverlər" mövzüsunda təlim keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyun 2016 10:57 (UTC +04:00)
“Alibayov Kommunikasiya & Konsaltinq” şirkəti və Avropa İctimaiyyətlə Əlaqələr İnstitutu (Fransa) tərəfindən iyul ayında “Şirkətin (təşkilatın) mətbuat xidməti: müasir trend və drayverlər” elmi-metodiki ixtisasartırma proqramına qəbul elan edir.
"Şirkətin mətbuat xidməti: müasir trend və drayverlər" mövzüsunda təlim keçiriləcək

Bakı. Trend:

“Alibayov Kommunikasiya & Konsaltinq” şirkəti və Avropa İctimaiyyətlə Əlaqələr İnstitutu (Fransa) tərəfindən iyul ayında “Şirkətin (təşkilatın) mətbuat xidməti: müasir trend və drayverlər” elmi-metodiki ixtisasartırma proqramına qəbul elan edir.

Bu barədə Trend-ə şirkətdən verilən məlumatda bildirilir.

Şirkət, təşkilat, dövlət qurumlarının mətbuat xitmətlərində çalışanlar, KİV-lə əlaqələr sahəsində fəaliyyət göstərən fərdi məsləhətçilər, kommunikasiya üzrə tədris edən ali təhsil müəllimləri və elmi işçilər dəvətlidir.

Təlimlər iyul ayının 9-dan etibarən şənbə və bazar günləri (hər gün 4 saat olmaqla) Bakı şəhərində keçiriləcək. 24 saat üçün nəzərdə tutulan bu proqramı bitirənlərə Avropa İctimaiyyətlə Əlaqələr İnstitutu və Alibayov Kommunikasiya & Konsaltinq Şirkətinin ixtisasartırma sertifikatları təqdim ediləcək.

Avropa İctimaiyyətlə Əlaqələr İnstitutu ilə razılaşdırılmış proqram zamanı toxunulacaq mövzular:

1. İctimaiyyətlə əlaqələr, media ilə əlaqələr - əsas anlayışlar, müasir yanaşmalar
2. Mətbuat xidməti necə olmalı, nə etməli və necə etməlidir
3. Kommunikasiya əsrinin KİV-i: qəzetlər, jurnallar, internet, televiziya, radio...
4. Hədəf auditoriyalara görə informasiya kanallarının seçimi
5. Hədəf auditoriyalar üçün nəzərdə tutulmuş ismarıcların klassik və müasir çatdırılma yolları
6. Mətbuat xidməti və KİV: bir velosipedin iki təkəri

Proqramda iştirak haqqı 260 AZN-dir, elmi işçi və müəllimlər üçün iştirak haqqı 220 AZN-dir (iki sertifikat təqdim edilir).Bir yerli sertifikat təqdim edildikdə iştirak haqqı 160 və 120 AZN-dir.

Proqramın rəhbəri, Alibayov Kommunikasiya & Konsaltinq Şirkətinin baş direktoru, Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun Ekspertlər Şurasının üzvü Vəli Əlibəyovdur.

Qeydiyyat üçün: 012 4980670, 050 2336682 nömrələrinə zəng edin və ya [email protected] ünvanına yazın. Qeydiyyat 06.07.2016-cı il tarixədəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti