...

Azərbaycan An-178 Ukrayna təyyarələrinə görə avans ödəyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyul 2016 10:20 (UTC +04:00)
Azərbaycanla bağlanmış müqavilə çərçivəsində Ukrayna artıq ilk iki An-178 təyyarəsinə görə avans alıb.
Azərbaycan An-178 Ukrayna təyyarələrinə görə avans ödəyib

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycanla bağlanmış müqavilə çərçivəsində Ukrayna artıq ilk An-178 təyyarəsinə görə avans alıb. Trend Ukrayna KİV-ə istinadən məlumat verir ki, bu barədə Ukrayna baş nazirinin müavini Gennadi Zubko deyib.

Nazir qeyd edib: "10 təyyarənin alınması ilə bağlı müqaviləmiz var. Həmçinin, iyun ayında iki təyyarənin təhvil verilməsi ilə bağlı avans da ödənilib. Biz Azərbaycan tərəfinə maliyyələşməni həyata keçirdiyi üçün minnətdarıq".

Onun sözlərinə görə, "Antonova" təyyarələrinin alınması üçün Türkmənistan, Qazaxıstan və digər ölkələrdən də real təklif var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti