...

VTB (Azərbaycan) müştəriləri Hesab.az portalında qazanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Avqust 2016 15:37 (UTC +04:00)
Bank VTB (Azərbaycan) Hesab.az onlayn ödəniş portalı ilə birgə cari ilin 1 avqust-30 sentyabr tarixlərində “VTB (Azərbaycan) müştəriləri Hesab.az-da qazanır” adlı stimullaşdırıcı lotereya keçirir.
VTB (Azərbaycan) müştəriləri Hesab.az portalında qazanır

Bakı. Trend:

Bank VTB (Azərbaycan) Hesab.az onlayn ödəniş portalı ilə birgə cari ilin 1 avqust-30 sentyabr tarixlərində “VTB (Azərbaycan) müştəriləri Hesab.az-da qazanır” adlı stimullaşdırıcı lotereya keçirir.

Bankın Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oyunun şərtlərinə görə, bank VTB (Azərbaycan)-ın Visa plastik kartları ilə Hesab.az portalında qeydiyyatdan keçmiş və ən azı 10 manat məbləğində ödəniş etmiş müştərilər 1 lotereya bileti əldə edir.

Hər növbəti ödəniş lotereyanın qalibi olub 200 manat qazanmaq şansını artırır. Qaliblər 5 oktyabr 2016-cı il tarixində «GoldenPay» şirkətinin ofisində tiraj komissiyasının qarşısında proqram təminatı vasitəsi ilə təsadüfi yolla müəyyən ediləcək.

Bundan başqa, lotereya oynanılan dövrdə VTB (Azərbaycan) plastik kartları ilə Hesab.az portalında ödəniş edən istifadəçilər ikiqat bonus xalları qazanır ki, bu da onların portalda keçirilən digər aksiya və kampaniyalarda hədiyyələr qazanmaq şansını artırır.

Qeyd edək ki, yalnız “Kommunal xidmətlər”, “Mobil operatorlar”, “İnternet”, “Televiziya”, “Naxçıvan”,”Əyləncələr” bölmələrində ödəniş edən istifadəçilər lotereyada iştirak edə bilər.

Arayış üçün:
Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank baş ofis yanında Müştəri xidmətləri İdarəsi də daxil olmaqla 15 filial ilə təmsil olunub.
Tel.: (012) 492 00 80
Faks: (012) 437 71 21
E-mail: [email protected] www.vtb.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti