...

Azərbaycanda borclar mərkəzləri yaradıla bilər - Bu nə vəd edir?

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Noyabr 2016 12:43 (UTC +04:00)
Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycana borclar üzrə məşvərət mərkəzləri yaratmağı təklif edir.
Azərbaycanda borclar mərkəzləri yaradıla bilər - Bu nə vəd edir?

Bakı. Ənvər Məmmədov - Trend:

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycana borclar üzrə məşvərət mərkəzləri yaratmağı təklif edir. Trend-in məlumatına görə, bu sözləri bu gün Azərbaycanda maliyyə savadlılığı üzrə məşqçilərin I illik toplantısında çıxış edən korporasiyanın Bakı ofisinin rəhbəri Aliyə Əzimova deyib.

Onun sözlərinə görə, IFC-nin bu cür mərkəzlərin yaradılmasında böyük təcrübəsi var.

A.Əzimova deyib: “Azərbaycanda yaradılacaq bu cür mərkəzlər yüksək borclanmanın yaranmasının qarşısının alınmasında böyük rol oynaya bilər”.

Qeyd edək ki, Azərbaycan İFC ilə 1995-ci ildən əməkdaşlıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti