Bakı. Trend:
Bu ilin 30 noyabr tarixinə Azərbaycanda fəaliyyət göstərən 32 bankın cəmi aktivləri 31,869 milyon, cəmi öhdəlikləri 29,579 milyon manat təşkil edib.
Maliyyə Bazarlarına Nəzarət PalatasındanTrend-ə verilən məlumata görə, sektorun balans kapitalı 2,290 milyon manatdır.
Bu banklardan ikisi dövlət bankıdır. Xarici kapitallı bankların sayı 15, o cümlədən xarici bankların yerli filiallarının sayı 2-dir. Bankların filiallarının sayı 568, söbələrinin sayı 129, ATM-lərin sayı 2454-dür.
Bütövlükdə, bank sektorunun işçi heyəti 17 min nəfərdir.
Maliyyə bazarlarının digər iştirakçıları olan bank olmayan kredit təşkilatlarının (BOKT) sayı 156, o cümlədən kredit ittifaqlarının sayı 109-dur. BOKT-in işçi heyəti 2882 nəfərdir.