"AccessBank" strategiyasını bazar trendlərinə uyğunlaşdırır (MÜSAHİBƏ) (FOTO)

"AccessBank" strategiyasını bazar trendlərinə uyğunlaşdırır (MÜSAHİBƏ) (FOTO)

Bakı. Azad Həsənli - Trend:

Trend AccessBank-Marketinq və Satış Departamentinin rəhbəri Günay Cəlilova ilə müsahibəni təqdim edir

- İqtisadi dəyişikliklər AccessBank-da marketinq funksiyalarına necə təsir göstərib?

- Təbii ki, iqtisadi mühitdə baş verən dəyişikliklər bankların fəaliyyətinə, və o cümlədən bizim bankımıza da təsir edib. Yeni bazar reallıqlarına uyğunlaşmaq zərurəti Bankdan biznesə yanaşmanı dəyişməyi tələb edir. Təəccüblü deyil ki, bankımızda da marketinqin rolu dəyişib. Əvvəllər, istehlakçı tələbatının yüksək olduğu dövrdə bütün bank məhsullarına, xüsusən də kreditlərə tələbat böyük idi. Həmin dövrdə bankımızın marketinq fəaliyyəti əsasən reklam, promo-aksiyalar kimi əməliyyat funksiyalarından, eləcə də ictimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət fəaliyyətindən ibarət idi. Son illər həm bank mühiti, həm də istehlakçılar çox dəyişib və bu gün effektiv marketinq fəaliyyəti üçün bu vasitələr kifayət etmir. İnternet texnologiyalarının və sosial şəbəkələrin sürətlə və geniş yayılması, eləcə də müasir həyatın “virtuallaşması” yeni oyun qaydalarını diktə edir. Bu gün bankın bütün biznes istiqamətlərinin inkişafını real şəkildə dəstəkləyən, hədəf seqmentlərinin düzgün seçilməsinə və effektiv mövqeləşdirməyə xidmət edən, strateji marketinqin əhəmiyyəti daha da artır. Bu, istehlak tələbatınin öyrənilməsi, bazarın və rəqiblərin mütəmadi təhlili və həmin analitik məlumatların biznes departamentlərinə təqdim olunması, eləcə də yeni məhsul və xidmətlərin işlənib hazırlanması və tətbiqi üzrə fəaliyyəti əhatə edir. Çünki indi - əvvəlkindən da daha çox – yerli və dünya bazarındakı bütün trendləri izləmək və, necə deyərlər, dövrün nəbzini tutmaq çox önəmlidir.

- Trendlərdən söz düşmüşkən – sizcə onlar istehlakçılarla kommunikasiya vasitələrinə təsir göstəriblər?

- Şübhəsiz, təsir göstəriblər və ondan əlavə, yeni kommunikasiya vasitələrini də yaradıblar. İnsanlar məlumatları əsasən televiziya vasitəsi ilə aldığı bir dövrdə biz populyar verilişlərə fəal surətdə sponsorluq edirdik, o zaman bizi tez-tez televiziya məkanında görmək mümkün idi. İndi isə insanlar məlumatları əsasən onlayn rejimdə, sosial şəbəkələrdən, xəbər saytlarından gündəlik işlərindən ayrılmadan belə əldə edirlər. Bu səbəbdən biz ənənəvi reklam kanallarından (bilbordlarda, qəzet və jurnallarda, televiziya və radioda reklam, eləcə də ictimai nəqliyyatda) istifadə etməklə yanaşı, Social Media Marketing, email-marketing və s. kimi geniş yayılan onlayn kanalları da uğurla inkişaf etdiririk. Bu gün bizim əsas səylərimiz rəqəmsal marketinqin inkişafına yönəlib. Rəqəmsal marketinqdə konkret müştərinin konkret tələbatlarını nəzərə alaraq məhsul haqqında məlumatı daha asan və effektiv şəkildə çatdırmaq mümkündür. Yəni burada həm müəyyən seqmenti seçmək, həm də insanın zövqünü və üstünlük verdiyi amilləri öyrənmək və yalnız onun üçün maraqlı olan məhsulu təqdim etmək olur.

Məsələn, əgər siz nə vaxtsa onlayn otel rezervasiyası etmisinizsə, yəqin fikir vermisiniz ki, sonradan daxil olduğunuz bütün saytlarda bu otellərin reklamı sizi təqib edir. Bu, remarketinqdir - rəqəmsal texnologiyaların inkişafı sayəsində yaranmış və son bir neçə il ərzində aktuallaşmış yeni marketinq istiqamətidir. Bütün bunlar onunla bağlıdır ki, rəqəmsal marketinq müştəri haqqında daha çox məlumat əldə etmək və bizə həmin müştərilərlə daha yaxşı əlaqə kanalları seçmək imkanı verir, bu isə öz növbəsində daha sonra remarketinq edilməsinə şərait yaradır.

- Cari il üçün planlarınız necədir? Müştərilərin tələbatları nəzərə alınmaqla, son dövrlərdə bankın marketinq strategiyası necə dəyişib?

- Öncə qeyd etdiyim kimi, iqtisadiyyatda baş verən dəyişikliklər nəticəsində biz Bankın ümumi strategiyasını dəyişirik və biznes proseslərini optimallaşdırırıq. Biz anlayırıq ki, gələcəkdə yüksək texnologiyalı banklar daha üstün mövqedə olacaq. İnsanlar daim harasa tələsirlər, onların banka gəlməyə vaxtları çatmır. Bizim onlayn bankinq istifadəçilərinin sayının gündən-günə artması buna əyani sübutdur. Buna görə də biz yüksək texnologiyalara, IT infrastrukturumuza daha çox sərmayə yatırırıq, həmçinin bu məsələlərdə beynəlxalq təcrübəyə malik ekspertlər cəlb edirik.

Dünya təcrübəsinə nəzər salsaq görərik ki, bir çox banklar maliyyə xidmətlərinin təqdim olunmasında ənənəvi üslubdan kənara çıxaraq daha çox proseslərin avtomatlaşdırılmasına üstünlük verirlər. İnsanların əyani şəkildə bank xidmətlərini əldə etmək tələbatı azalır, dünyada tədricən filial şəbəkəsi olmayan banklar daha geniş yayılır və bununla yanaşı, bu banklar irihəcmli müştəri portfelinə malik olurlar. Əlbəttə, müştəri bankdan nə isə aldıqda bunu bilavasitə onunla üzbəüz əyləşən bank əməkdaşından alır. Müştərilər aparatdan daha çox, insana etibar edir. Çünki öz əmanətlərini banka yatıran hər bir şəxs bank əməkdaşına etibar edir və pullarına görə onun cavabdehlik daşıdığını düşünür. Deməli, həmin aparat o dərəcədə etibarlı, bankın nüfuzu isə o qədər yüksək olmalıdır ki, həmin şəxs öz pulunu aparata etibar edə bilsin. Buna görə də biz Bankın nüfuzunun möhkəmləndirilməsi üçün daha çox səy göstərməliyik ki, АссеssBank haqqında danışarkən insanlarda xoş hisslər yaransın, çünki son nəticədə hər bir alışın arxasında emosiyalar dayanır.

- Bu il bankın müştərilərini hansı yeni məhsullar və kampaniyalar gözləyir?

- Yeni məhsul və kampaniyalara gəldikdə xüsusilə qeyd etmək istərdim ki, biz korporativ bankçılığı daha da inkişaf etdiririk. Kiçik biznesin və fərdi sahibkarların dəstəklənməsi daim aktual olan bir məsələdir. “Made in Azerbaijan” brendlərinin yaranması aktuallaşdıqca, Bankımız da yerli sahibkarlığa hərtərəfli dəstək verməyə çalışır. Bizim əsas üstünlüyümüz müştərilərə fərdi yanaşmağımız, onların konkret tələbatlarını və biznes potensialını nəzərə almağımızdır. Sirr deyil ki, son dövrlərdə bank bazarında, o cümlədən korporativ biznes sahəsində qeyri-kredit məhsullarının əhəmiyyəti daha da artır. Biz istənilən dəyişikliklərə cəld reaksiya verməyə və müştərilərin yeni tələbatlarına maksimum səviyyədə cavab verməyə çalışırıq. Bu yaxınlarda AccessBank korporativ müştərilərin yeni tələbatlarına cavab verən və onların nağdsız hesablaşmalarını əhəmiyyətli dərəcədə asanlaşdıran «Biznesə 5D» adlı kampaniyaya başladı. Bu kampaniya çərçivəsində sahibkarlar 5 məhsul və xidməti: cari hesabları, əməkhaqqı layihələrini, onlayn bankinq, POS-Terminal və VÖEN hesaba bağlı Biznes kartı pulsuz əldə edə bilərlər. Bu il biz müştərilərimizi təkcə korporativ bankçılıq sahəsində deyil, həm də pərakəndə xidmətlər və onlayn bankçılıq sahəsində yeni təkliflərlə sevindirəcəyik.

- Daha bir vacib məsələ maliyyə savadlılığının artırılmasıdır. Bank bu sahədə nə kimi tədbirlər görür?

- Maliyyə savadlılığı çox əhəmiyyətlidir - əhali maliyyə sahəsində nə qədər məlumatlı olarsa, bank xidmətlərinin seçimində də daha diqqətli olar və öz büdcəsini düzgün planlaşdırar. Bu isə, öz növbəsində, ölkədə iqtisadi vəziyyətə təsir göstərmiş olacaq.

Maliyyə savadlığının artırılması bizim korporativ sosial məsuliyyət sahəsində fəaliyyətimizin vacib istiqamətlərindən biridir. Biz müxtəlif ali məktəblərin tələbələri, məktəblilər və onların valideynləri üçün mütəmadi seminarlar keçiririk, media nümayəndələri üçün treninqlər təşkil edirik.

Hazırda Bank Nоn-Financial Services (NFS) layihəsi üzərində çalışır – bu layihənin əsas məqsədi kiçik və orta sahibkarların maliyyə savadlılığının artırılmasıdır. Banklar tərəfindən qeyri-maliyyə xidmətlərinin göstərilməsi dünya təcrübəsində geniş yayılıb. Bazarın sürətlə dəyişməsi iş adamlarından biznesin aparılması üçün yeni bilik və bacarıqlar tələb edir. Bunu nəzərə alan AccessBank ölkədə ilk dəfə olaraq NFS layihəsinin icrasına başlayıb – bu layihə biznesin idarə olunması, marketinq və satış, vergi, maliyyə və digər sahələrdə treninqlərin keçirilməsini əhatə edir.

Gənclər üçün nəzərdə tutulmuş layihələrə gəldikdə isə, qeyd etmək istərdim ki, biz gənclər üçün təkcə maliyyə savadlılığı sahəsində deyil, həm də IT sahəsində layihələr həyata keçiririk. Məsələn, IT Camp layihəsi çərçivəsində biz ölkənin aparıcı ali məktəblərinin tələbələrini Banka təcrübəçi kimi götürdük. Bu gənclər 2 aydan artıq bir müddətdə bizdə informasiya texnologiyaları sirlərinə yiyələniblər. Layihənin sonunda onlardan ən fəalları Banka işə qəbul olundu.

- Bu yaxınlarda Siz “Qayğıkeş ana” adlı yeni layihə həyata keçirmisiniz. Demək olar ki, AccessВank öz məhsullarının reklamını arxa plana çəkərək diqqətini sağlam gəncliyin formalaşmasına yönəldən azsaylı banklardan biridir. Zəhmət olmasa, bu kampaniya haqqında ətraflı məlumat verin. Bu kampaniyanın məqsədi nədir, kimin üçün nəzərdə tutulub? Bank nəyə görə məhz bu istiqamətlə məşğul olmağa qərar verib?

- Bu layihə ilə biz insanlara özünə və öz həyat keyfiyyətinə qarşı diqqətli olmağın nə qədər vacib olduğunu xatırlatmağa çalışmışıq. Bizim yaratdığımız virtual ana bilbordlarda, İnternetdə, virtual oyunlarda görünərək faydalı məsləhətlər verdi. Məsələn, bilbordda təsvir olunan ana yalnız icazə verilən yerdən yolu keçməyi, sükan arxasında ehtiyatlı olmağı məsləhət görür. Virtual məkanda ana vaxtı vaxtında yatmağı, gözlərin qayğısına qalmağı, evdən çıxarkən qazı, suyu və işığı söndürməyi, tövsiyyə edir, hətta vaxtında ailə qurmağın vacibliyini xatırladır. Biz layihə ilə bağlı çoxsaylı müsbət fikirlər aldıq və çox məmnunuq ki, hər birimiz üçün zəruri olan nikbin əhval-ruhiyyəni insanlara bəxş edə bildik.

Bank öz fəaliyyəti ərzində mədəniyyət, idman, təhsil sahəsində 150-dən artıq sosial layihə həyata keçirib. Biz fiziki imkanları məhdud olan şəxsləri, valideyn himayəsindən məhrum olmuş uşaqları daim dəstəkləmişik, tələbələri beynəlxalq təcrübə toplamaq üçün xaricə göndərmişik. Bütün bu layihələri biz əməkdaşlarımızın iştirakı ilə həyata keçirmişik – bizim üçün əsas məqsəd layihənin miqyası yox, insanlara real yardım göstərməyimiz olub.

Biz bu cür layihələri həyata keçirməklə bir daha göstərmək istəyirik ki, bank, sadəcə mənfəət əldə etməyi düşünən maliyyə strukturu deyil - biz cəmiyyət qarşısında öz məsuliyyətimizi dərk edir və müsbət dəyişikliklərə öz töhfəmizi veririk.

SOCAR-ın qaz ehtiyatları təxminən 14 faiz artıb
SOCAR-ın qaz ehtiyatları təxminən 14 faiz artıb
Beynəlxalq Bankdan alınacaq problemli aktivlər əvəzində əldə edilən əmlakın bölüşdürülməsi qaydası dəyişib
Beynəlxalq Bankdan alınacaq problemli aktivlər əvəzində əldə edilən əmlakın bölüşdürülməsi qaydası dəyişib
Dekabrın 4-də manatın dollara qarşı məzənnəsi
Dekabrın 4-də manatın dollara qarşı məzənnəsi
Loading Bars
Xəbər lenti
Prezident İlham Əliyevin təşəbbüsü əsasında BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyası başlayıb
Rusiya ümid edir ki, UNESCO missiyası dini məbədlərin mühafizəsinin qiymətləndirilməsi üçün Qarabağa gələcək
ƏƏSMN və “Mtv Azərbaycan” “Bərabərik” layihəsini təqdim edir (FOTO/VİDEO)
Gürcüstanda parlament seçkilərinin yekun nəticələri açıqlanıb
Təhsil Nazirliyi tələbələrə müraciət edib
Azərbaycanda 11 ayda sosial təminat üzrə 5 milyard 264 milyon manat ödəmə edilib
SOCAR-ın qaz ehtiyatları təxminən 14 faiz artıb
Prezident İlham Əliyev Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə edərək tarixi qələbəyə imza atdı
Mədəniyyət nazirinin sabiq müavini və xidmət rəisinin həbs müddəti uzadıldı
Türk dünyası “Vikipediya”da: Bir ay ərzində 60-dan çox məqalə yaradılıb
Ceyhun Bayramov və Mevlüt Çavuşoğlu arasında telefon danışığı olub
Beynəlxalq Bankdan alınacaq problemli aktivlər əvəzində əldə edilən əmlakın bölüşdürülməsi qaydası dəyişib
Milli Preventiv Qrupun üzvləri Şəki rayon Psixiatriya Xəstəxanasına başçəkmə həyata keçirib (FOTO)
Dekabrın 4-də manatın dollara qarşı məzənnəsi
Sumqayıtda koronavirusa qarşı nəzarət-profilaktik tədbirlər genişləndirilib (FOTO)
Gəncədə xüsusi karantin rejiminə riayət etməyənlər cərimələnib (FOTO)
Azərbaycan kommersiya banklarının birgə bankomat şəbəkəsi istifadəyə verilib
Münaqişələrin tənzimlənməsində ATƏT-in potensialına tələbat var - Sergey Lavrov
Tovuz və Gədəbəyin kəndlərində içməli su layihələri icra edilir (FOTO)
Ermənistan müxalifəti Paşinyanın yerinə vahid namizədini açıqladı
Qarabağ razılaşması Türkiyə-Ermənistan münasibətlərinə müsbət təsir edə bilər - Mövlud Çavuşoğlu
Koreya hökuməti ölkəmizə Səyyar COVID - 19 Müayinə Köşkləri ianə edib (FOTO)
Yelo Bank «Yelo school» sosial layihəsinin ikinci hissəsinə start verdi
Qobustanda virusun yayılmasına şərait yaradan iki COVİD-19 xəstəsi saxlanılıb
Pərviz Şahbazov 7-ci Beynəlxalq Enerji Forumu - Beynəlxalq Qaz İttifaqı Nazirlərinin Qaz Forumunda iştirak edib
Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT-nin xüsusi sessiyasının keçirilməsi tarixi hadisədir - Deputat
Bakıda evi tərk edən COVİD-19 daşıyıcıları saxlanılıb (VİDEO)
Yaşayış yerini tərk edın COVİD-19 daşıyıcısana cinayət işi açıldı (VİDEO)
Bakının şimal girişi yenilənir - RƏSMİ (FOTO)
FAO ilə AQTA arasında növbəti işgüzar görüş keçirilib (FOTO)
Azərbaycanda 4 189 nəfər COVID-19-a yoluxdu, 2 072 nəfər sağaldı, 40 nəfər vəfat etdi
FHN Bakıda yaşayış binasında yanğın təhlükəsizliyi ilə bağlı nöqsanlar aşkarladı (VİDEO)
UNEC brendi Gürcüstanda da tanındı
Biz münaqişədən sonrakı yenidənqurma və bərpa mərhələsinə qədəm qoyuruq - Ceyhun Bayramov (FOTO)
"Thales" Azərbaycanın azad edilmiş ərazilərində bütün dəmiryol layihələrini dəstəkləyəcək
Bakıda Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılacaq - SƏRƏNCAM
Sabah saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək - SƏRƏNCAM
Türkiyə mətbuatı Azərbaycanın haqlı mübarizəsini bütün dünyaya çatdırıb - Hüseyn Altınalan
Süni intellekt texnologiyaları ilə bağlı xüsusi qanunlar qəbul edilməlidir - AMEA-nın vitse-prezidenti
Xətaidə ağacların kəsilməsi ilə bağlı şikayət araşdırılıb
Azərbaycanda ilk yüksək texnologiyalı protezlər hazırlanıb (FOTO)
İranda koronavirusa yoluxanların sayı 1 milyon nəfəri keçib
Şəhidlər haqqında ətraflı məlumat ictimaiyyətə təqdim olunacaq - MN
Bakıda 20 mindən artıq ağacın əkilməsi nəzərdə tutulub (FOTO)
Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək - Müdafiə Nazirliyi
Laçın və Kəlbəcərə komendantlar təyin edildi - RƏSMİ
10 noyabr razılaşması Cənubi Qafqazda sülh və sabitliyi təmin edəcək - Ceyhun Bayramov
Prezident İlham Əliyev xalqın maraqlarını hər şeydən üstün tutub - Deputat
Müdafiə Nazirliyi itkin düşmüş və hazırda müalicə olunan hərbi qulluqçularımızın sayını açıqlayıb
Ərdoğanın Azərbaycana səfərinin tarixi məlum oldu
ATƏT sədri: Qarabağla bağlı öhdəliklərimizi yerinə yetirmək vaxtı çatıb
Vətən müharibəsində 2783 hərbi qulluqçumuz şəhid olub - MN
Bakı-Kiyev çarter reysləri açılır
Azərbaycanda Uşaq Məcəlləsi hazırlanacaq
Gəncədə polis koronavirusla mübarizə tədbirlərini gücləndirdi (FOTO)
Prezident İlham Əliyev noyabrın 8-inin Zəfər Günü kimi qeyd edilməsi barədə sərəncam imzalayıb
Zəfər Gününün təsis edilməsi haqqında sərəncam ləğv edilib
ATƏT dərin böhran keçirir - Qurumun sədri
Şəkidə yaşadığı ünvanı tərk edən COVİD-19 xəstəsi barədə araşdırmalara başlanılıb
“Qazax Sement Zavodu” MMC-nin İdarə Heyətinin sədri vəzifəsinə yeni təyinat
GUAM PA komitələrinin birgə iclasında Qarabağ məsələsi müzakirə edilib
Cəlilabad və Masallıda daha 2 koronavirus xəstəsi saxlanılıb (FOTO)
Belçika parlamentində ermənipərəst qüvvələrin anti-Azərbaycan səyləri puç oldu - Səfirlik
Zəfər Günü hər il noyabrın 8-də qeyd ediləcək - Prezident Administrasiyası
“Twitter” təhqirlə bağlı qaydaları sərtləşdirib
Suqovuşan və Talış kəndlərində inspektorlar təyin edilib, xidməti post qurulub - DİN (FOTO)
Pandemiya 32 milyondan çox insanın ifrat yoxsulluq həddinə çatmasına səbəb olacaq
Türkiyədən Azərbaycana polad ixracı azalıb
Sabahın hava proqnozu açıqlanıb
Prezidentə məktublar: Yazdığınız Qarabağ salnaməsinin sevinci hər kəsə qürur hissi bəxş edir
Laçının Hüsülü və Malıbəy kəndləri (VİDEO)
Zəngilanda yük maşını aşıb, sürücü ölüb
Qarabağ münaqişəsi birdəfəlik həll edildi - Tarixçi alim
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Zəngilanda növbəti dəfə 400 tut ağacı əkildi (FOTO)
Rusiyada koronavirusa 28 mindən çox şəxs yoluxdu
Əslində Minsk qrupu münaqişəni həll etmək istəməyib - Detallar indi üzə çıxır
Rəcəb Tayyib Ərdoğan Bakıya gələcək
Qarabağdakı kəhrizlərin əksəriyyəti dağıdılıb və ya qəsdən çirkləndirilib - AMEA-nın vitse-prezidenti
ABŞ-da "Qarabağ Azərbaycandır!" şüarı yazılmış lövhə quraşdırılıb (FOTO)
İlahiyyat İnstitutunun rektoru Avropa Şurası İşçi qrupunun iclasında iştirak edib (FOTO)
Müdafiə naziri Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşüb
“AccessBank” “The Banker” tərəfindən “İlin bankı” seçilib
Azərbaycanda şəhid ailələrinə dəstək üçün 'Bir millət, bir ürək' təşəbbüsü
Xankəndi şəhəri Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına aiddir - Nazirlik
İsmayıllıda koronavirus xəstəsi barədə cinayət işi başlanılıb
Azərbaycan nefti bahalaşıb
Baş infeksionist evdə müalicə olunan xəstələrə xəbərdarlıq edib
Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin sayı azalıb
Əlilliyi olan şəxslərin biznesə başlamasına və sahibkarlıq fəaliyyətinin inkişafına dəstək göstərilir
Bakı Ali Neft Məktəbində Cenevrə Biznes Məktəbi ikili diplomlu MBA proqramı uğurla davam edir (FOTO)
Ağdamda erkən dəmir dövrünə aid saxsı məişət əşyaları aşkarlanıb
Şabranda COVİD-19 xəstəsi saxlanılıb
Ermənilərin torpaqlarımızda törətdiyi yanğınlar heyvanların sayının kəskin azalmasına səbəb olub
Yerevanda zavod yanıb
Azərbaycanın peyk xidmətlərinin ixracından gəlirləri artıb
Ötən gün evi tərk edən 2 koronavirus xəstəsi həyatını itirib
"Azərişıq" elektrik enerji itkilərini azaldıb
Azad olumuş ərazilərin qazlaşdırılmasına başlanılıb (VİDEO)
Oğuzda daha bir koronavirus xəstəsi barədə cinayət işi başlanılıb
Bütün xəbərlər