...

Bakıdakı bayram yarmarkaları fəaliyyətə başladı

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2017 09:55 (UTC +04:00)
Bakıda Novruz bayramı ilə bağlı yarmarkalar üçün quraşdırlan çadırlar fəaliyyətə başlayıb.
Bakıdakı bayram yarmarkaları fəaliyyətə başladı

Bakı. Samir Əli - Trend:

Bakıda Novruz bayramı ilə bağlı yarmarkalar üçün quraşdırlan çadırlar fəaliyyətə başlayıb.

Bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyəti Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov məlumat verib. Onun sözlərinə görə, metro stansiyalarının qarşısında quraşdırılan yarmarka çadırlarında satışlara start verilib: "Artıq 10 yarmarka çadırı quraşdırılıb. Hazırda həmin yarmarkalarda bayram məhsullarının satışı başlanıb".

Bakıdakı bayram yarmarkaları üçün FHN-dən icazə alınmayacaq

Bakıdakı bayram yarmarkaları üçün FHN-dən icazə alınmayacaq

Ə.Bağırov bildirib ki, yarmarka çadırları metronun "Elmlər Akademiyası", "İnşaatçılar", "28 May", "Nəriman Nərimanov" və "Neftçilər" stansiyalarının qarşısında qurulub: "Ehtiyac olacağı təqdirdə bayram ərəfəsində çadırların sayı artırılacaq".

Qeyd edək ki, bayram çadırlarında məhsulların satış qiymətləri bazar qiymətindən ucuz olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti