...

Azərbaycan torpaqlarında şoranlaşmanın qarşısını almaq üzrə tədbirlər planı hazırlanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Avqust 2017 18:39 (UTC +04:00)
Azərbaycan torpaqlarında şoranlaşmanın qarşısını almaq üzrə tədbirlər planı hazırlanır.
Azərbaycan torpaqlarında şoranlaşmanın qarşısını almaq üzrə tədbirlər planı hazırlanır

Bakı. Trend:

Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov “John Deere” şirkətinin MDB ölkələri üzrə direktoru Dirk Strattman və Azərbaycan üzrə nümayəndəsi Maksimilian Pauge ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə əsas məqsəd “John Deere” şirkəti ilə nazirlik arasında əməkdaşlıq istiqamətləri haqqında müzakirələrin aparilması olub.

H.Əsədov Azərbaycanın “John Deere” şirkəti ilə əməkdaşlığa böyük önəm verdiyini, bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu nəzərə çatdırıb. Nazir “John Deere” şirkəti ilə əməkdaşlığı daha da genişləndirmək məqsədilə təhsil sahəsində işçi qrupunun yaradılmasını, həmçinin işçi qrupunun tərkibinə Kənd Təsərrüfatı Nazirliyinin, Təhsil Nazirliyinin, “John Deere” şirkətinin və fermerlərin də daxil olmasını məqsədəuyğun hesab edib. Əsas məqsəd yeni texnika və texnologiyalarla tanış olmaq, bu sahədə maarifləndirmə işlərini aparmaq, eyni zamanda tədrisə tələbatın müəyyənləşdirilməsi, uzumüddətli tədris planının hazırlanması və qısa vaxtda işçi qrupu təsdiq edildikdən sonra sentyabr ayında plana əsasən ilk toplantısının keçirilməsidir.

Nazir, həmçinin “John Deere” şirkəti ilə bağlanmış müqavilələrə əsasən qısa zamanda pambıq yığımı mövsümünün başlanmasına qədər pambıqyığan kombaynların respublikaya gətirilməsinin sürətləndirilməsinin vacibliyini şirkət nümayəndələrinin diqqətinə çatdırıb.

Görüşdə gələcəkdə bağçılıqda istifadə olunan yeni müasir texnikaların alınması barədə də fikir mübadiləsi aparılıb.

“John Deere” şirkətinin MDB ölkələri üzrə direktoru D.Strattman səmimi qəbula görə təşəkkürünü bildirərək, Azərbaycanla kənd təsərrüfatı sahəsində əlaqələri yüksək dəyərləndirdiyini və bundan sonra da əməkdaşlığına önəm verdiyini bildirib. Qeyd edib ki, “John Deere” şirkətinin pambıqyığan kombaynları MDB ölkələri arasında bağlanmış müqavilələrə əsasən Azərbaycana ən ucuz qiymətə satılır.

D.Strattman Azərbaycan torpaqlarında olan şoranlaşmanın qarşısını almaq məqsədilə təmsil etdiyi şirkət tərəfindən torpaqşünaslıq üzrə mütəxəssisləri dəvət etməklə tədbirlər planı hazırlanmasını nəzərə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti