...

AZAL yeni onlayn satış sisteminə keçir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Noyabr 2017 10:20 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC (AZAL) yeni onlayn satış sisteminə keçir.
AZAL yeni onlayn satış sisteminə keçir

Bakı. Trend:

"Azərbaycan Hava Yolları" QSC (AZAL) yeni onlayn satış sisteminə keçir.

AZAL-dan Trend-ə verilən məlumata görə, qurumun rəsmi saytının yenilənməsi və yeni onlayn satış sisteminə keçidlə əlaqədar olaraq, bu gün ərzində www.azal.az saytında aviabiletlərin satışı bölməsində profilaktik işlər aparılacaq.

İşlər başa çatdıqdan sonra yeni tariflər və onların şərtləri ilə bağlı ətraflı məlumat veriləcək.

Qeyd edək ki, öncədən alınmış bütün aviabiletlər əvvəlki kimi qüvvədə qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti