...

Oqtay Əsədov neftin qiymətindən danışdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Noyabr 2017 16:40 (UTC +04:00)
"Neftin bir barelinin qiymətini dövlət büdcəsində 45 dollar müəyyən etməklə biz riskləri qabaqlamış oluruq".
Oqtay Əsədov neftin qiymətindən danışdı

Bakı. Elçin Mehdiyev – Trend:

"Neftin bir barelinin qiymətini dövlət büdcəsində 45 dollar müəyyən etməklə biz riskləri qabaqlamış oluruq".

Trend-in məlumatına görə, bunu Milli Məclisin spikeri Oqtay Əsədov 2018-ci il dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

O.Əsədov bildirib ki, əgər neftin qiyməti 60 dollar səviyyəsində qalarsa, gələn ilin mayında neftin dövlət büdcəsindəki qiymətinə dəyişiklik edilə bilər.

Spiker əlavə edib ki, Azərbaycan müharibə şəraitində olan bir ölkədir və ona görə də bütün riskləri qabaqlamalıdır.

Qeyd edək ki, 2018-ci il dövlət büdcəsində neftin bir barelinin qiyməti 45 dollar dəyərində nəzərə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti