...

Cavid Qurbanov: Nəqliyyat sahəsindəki işlər Azərbaycanın tranzit imkanlarından daha səmərəli istifadə etməyə imkan verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Dekabr 2017 14:38 (UTC +04:00)
Azərbaycanda nəqliyyat sahəsində həyata keçirilən işlər ölkənin tranzit imkanlarını daha səmərəli və geniş şəkildə istifadə etməyə imkan verir.
Cavid Qurbanov: Nəqliyyat sahəsindəki işlər Azərbaycanın tranzit imkanlarından daha səmərəli istifadə etməyə imkan verir

Bakı - Trend:

Azərbaycanda nəqliyyat sahəsində həyata keçirilən işlər ölkənin tranzit imkanlarını daha səmərəli və geniş şəkildə istifadə etməyə imkan verir.

Trend-in məlumatına görə, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən təşkil olunmuş “Şərqlə Qərbin kəsişməsində: Yeni enerji və kommunikasiya imkanları” adlı konfransda deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın milli nəqliyyat sisteminin beynəlxalq sistemə inteqrasiyası üzrə işlər aparılır.

QSC sədri vurğulayıb ki, Azərbaycan vacib marşrutların kəsişməsində yerləşir və bu üstünlükdən səmərəli istifadə gərlirlərin artırılması üçün vacib mənbə ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti