...

A-Qroup sığorta haqları yığımında yenidən artım nümayiş etdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2018 17:06 (UTC +04:00)
A-Qroup 2018-ci ilin birinci rübünə olan nəticələri açıqlayıb.
A-Qroup sığorta haqları yığımında yenidən artım nümayiş etdirib

Bakı. Trend:

22 ildən artıq Azərbaycan sığorta bazarında uğurlu fəaliyyət göstərən A-Qroup 2018-ci ilin birinci rübünə olan nəticələri açıqlayıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, bu ilin üç ayının maliyyə hesabatına görə sığorta haqlarının həcmi 1 832 967.44 AZN təşkil edərək keçən ilki hesabat dövrü ilə müqayisədə 211 000 AZN çox olub və bu da müqayisədə 13% artım deməkdir.

Ənənəvi olaraq ümumi yığımların böyuk hissəsi 1 627 746.58 AZN olmaqla Könüllü Tibbi Sığorta üzrə olub.

Kasko üzrə sığorta haqları iki dəfə artıb, səyahət sığortası üzrə isə 65% artıb.

2018-ci ilin birinci rübündə A-Qroup-un sığortalıları 1 693 340.89 AZN məbləğində ödəniş alıblar. Ödənişlərin böyük qismi könüllü tibbi sığortanın payına düşərək 1 652 707.59 təşkil edib. Ortalama olaraq A-Qroup 2017-ci ilin birinci rübündə hər gün müştərilərinə 20 000 AZN məbləğində ödəniş həyata keçirib.

Hesabat dövrünün nəticələri şirkətin sabit müsbət dinamikasını nümayiş etdirir.

A-Qroup dünya standardlarına cavab verən, müştərilərinin qayğısına qalan və onlara yüksək ixtisaslı xidmətlə təmin edən şirkət olaraq qalmaqdadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti