...

Orxan Məmmədov: Dövlət qurumları sahibkarlara "bir pəncərə" prinsipi ilə xidmət göstərəcəklər (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Sentyabr 2018 15:36 (UTC +04:00)
Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə "Caspian European Club" arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Orxan Məmmədov: Dövlət qurumları sahibkarlara "bir pəncərə" prinsipi ilə xidmət göstərəcəklər (FOTO)

Bakı. İlkin Şəfiyev - Trend:

Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə "Caspian European Club" arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Trend-in məlumatına görə, imzalanma mərasimi VII Beynəlxalq "Caspian Energy 2018" forumunda baş tutub.

Sənədi Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov və "Caspian European Club"ın icraçı direktoru Telman Əliyev imzalayıblar.

Forumda çıxış edən O.Məmmədov rəhbərlik etdiyi qurumun vəzifələrindən danışıb. Onun sözlərinə görə, Agentlik sahibkarlar, investorlar, dövlət qurumları və beynəlxalq təşkilatlarla bütün istiqamətlərdə sıx əməkdaşlıq edəcək:

"Milli iqtisadiyyatda kiçik və orta sahibkarlığın rolunun artırılması və idarəetmə sisteminin müasir tələblərə çatdırılması məqsədilə dövlət başçısı tərəfindən müvafiq fərmanlar imzalanıb. Bu sənədlərlə Agentliyin qarşısında qoyulan vəzifələr çərçivəsində hazırda bir sıra strateji təşəbbüslər həyata keçirilir".

O, həmçinin ölkədə yaradılan Kiçik və Orta Biznes evlərinin funksiyalarından bəhs edib:

"Bu evlərdə dövlət qurumları "bir pəncərə" prinsipi ilə şəffaf və operativ xidmətlər göstərəcək. Sahibkarlara dəstək üçün bütün tədbirlər görüləcək. Eyni zamanda elektron platforma vasitəsilə vahid formada xidmətlərin göstərilməsi təmin ediləcək. Əminəm ki, bu evlər ölkənin innovativ brendi kimi təqdim olunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti