Bakı. Mətanət Nəsibova - Trend:
2019-cu ildə Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmaların həcmi 4,2 milyard manatı keçə bilər.
Trend-in məlumatına görə, bunu Komitə sədri Səfər Mehdiyev “Kölgə iqtisadiyyatı ilə mübarizə iqtisadiyyatın inkişafının vacib amili kimi” adlı konfrans zamanı deyib.
Onun sözlərinə görə, Komitə 2019-cu ildə büdcəyə gömrük daxilolmaları ilə bağlı proqnozu 500 milyon manat daha çox icra etməyi planlaşdırır:
“Bu il üçün gömrük daxilolmaları üzrə proqnoz 3 milyard 702,6 milyon manat təşkil edir. Bu, 2018-ci illə müqayisədə 1,3 milyard manat çoxdur”.