...

Ötən il ərzində Azərbaycanla İran arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Oktyabr 2019 19:02 (UTC +04:00)
Ötən il ərzində Azərbaycanla İran arasında ticarət dövriyyəsi 74 faiz artıb
Ötən il ərzində Azərbaycanla İran arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb

Bakı. Eldar Canaşvili - Trend:

Ötən il ərzində Azərbaycanla İran arasında ticarət dövriyyəsi 74 faiz artıb.

Trend-in məlumatına görə, bunu Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov deyib.

Səfir bildirib ki, son illər ərzində iki ölkə prezidentləri 12 dəfə görüşüb və Azərbaycanla İran arasında 160 əməkdaşlıq memorandumu imzalanıb:

“Ümid edirəm ki, ölkələr ikitərəfli ticari-iqtisadi əlaqələri genişləndirəcək. İran və Azərbaycan özəl sektorun imkanlarından istifadə etməlidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti