...

"Anglo Asian Mining" 2023-cü ildə Azərbaycanda yeni yataqda hasilata başlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyun 2021 16:10 (UTC +04:00)
"Anglo Asian Mining" 2023-cü ildə Azərbaycanda yeni yataqda hasilata başlayacaq

Bakı. Fidan Babayeva - Trend:

Böyük Britaniyanın "Anglo Asian Mining" (AAM) şirkəti 2023-cü ilin birinci yarısında Azərbaycanın qərbində yerləşən "Zəfər" qızıl-mis yatağında irimiqyaslı hasilata başlayacaq.

Trend bu barədə şirkətə istinadən məlumat verir.

Qeyd olunur ki, AAM yaxın iki il ərzində "Zəfər" yatağının istismara verilməsi hesabına hasilatı artırmağı planlaşdırır:

"2021-ci ilin iyulunda yataqda mineral ehtiyatların ilkin qiymətləndirilməsi, dördüncü rübdə isə yekun qiymətləndirilməsi keçiriləcək. Tammiqyaslı hasilatın 2023-cü ilin birinci yarısında başlanması planlaşdırılır. Bununla belə, yataqda filizlərin müəyyən hissəsi artıq 2022-ci ildə hasil oluna bilər".

Qeyd edək ki, AAM 2021-ci ilin yanvarında "Gədəbəy" lisenziya sahəsində "Zəfər" qızıl-mis yatağının kəşf olunduğunu bildirmişdi.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti