...

Azərbaycan və Yaponiya arasında investisiya cəlbi ilə bağlı memorandum imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2021 11:40 (UTC +04:00)
Azərbaycan və Yaponiya arasında investisiya cəlbi ilə bağlı memorandum imzalanıb

Bakı. Sədrəddin Ağcayev - Trend:

Azərbaycan Milli Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Konfederasiyası ilə Yaponiyanın "TET International Development" şirkəti arasında əməkdaşlıq barədə anlaşma memorandumu imzalanıb.

Trend-in məlumatına görə, sənəd birgə layihələrin sayının artırılmasını, Yaponiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artımını və Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarına əlavə investisiyaların cəlb olunmasını nəzərdə tutur.

Memorandumu Bakıda keçirilən Yaponiya-Azərbaycan investisiya forumu zamanı Azərbaycan Milli Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Konfederasiyasının prezidenti Məmməd Musayev və "TET International Development" şirkətinin prezidenti Taro Savada imzalayıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti