...

Aİ Azərbaycanda 25 minədək sahibkara dəstək göstərməyi planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Fevral 2022 11:46 (UTC +04:00)
Aİ Azərbaycanda 25 minədək sahibkara dəstək göstərməyi planlaşdırır

Bakı. Sədrəddin Ağcayev - Trend:

Avropa İttifaqı (Aİ) Azərbaycanda 25 minədək sahibkara dəstək göstərməyi planlaşdırır.

Trend-in məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko Azərbaycanda kənd yerlərinin inkişafı və Milli Aqroturizm Sisteminin yaradılması mövzusunda seminarda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Aİ nümayəndəliyi Azərbaycan iqtisadiyyatına iki milyard avrodan çox investisiya yerləşdirməkdə maraqlıdır.

"Aİ Azərbaycanda aqroturizmin inkişafında öncül texnologiyaların tətbiqinə kömək edir. Biz Azərbaycanın bir sıra rayonlarında yerli sahibkarların aqroturizm obyektlərinin yaradılması üçün zəruri alətlərlə təmin olunması üzrə məhsuldar iş görürük. Bundan əlavə, biz şəhərlər və kəndlər arasında əlaqənin yaradılmasında böyük iqtisadi potensial görürük. Bu, Azərbaycanda kənd ərazilərinin inkişafı üçün əlavə stimul olacaq", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti