...

PREZİDENTİN FƏRMANINA MÜVAFİQ OLARAQ TARİF ŞURASININ YENİ ƏSASNAMƏSİNİN İŞLƏNİB-HAZIRLANMASI BAŞA ÇATDIRILIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Sentyabr 2005 17:45 (UTC +04:00)

Tarif şurasının (TŞ) yeni əsasnaməsinin işlənib-hazırlanması başa çatdırılıb. İqtisadi inkişaf naziri Fərhad Əliyev Trend ə bildirib ki, hazırda bu sənədə Nazirlər Kabinetində baxılır və yaxın vaxtlarda müvafiq qərar qəbul ediləcək. "Tarif Şurasının yeniləşdirilmiş əsasnaməsində müxtəlif orqanların səlahiyətləri müəyyən ediləcək" -deyə nazir qeyd edib.

Sənədin yeniləşdirilməsi Azərbaycan prezidentinin "Azərbaycan respublikasında inflyasiya əleyhinə tədbirlərin gücləndirilməsi haqqında" Fərmanının 4.2 saylı bəndi ilə təsdiq olunub.Həmin bənddə dövlət tərəfindən tənzimlənən malların (iş, xidmət) siyahısının, qiymətlərin (tariflər) dəqiqləşdirilməsi və təsdiq olunması, eləcə də Tarif Şurasının çevik fəaliyyətinin təmin edilməsi məqsədilə TŞ haqqında Əsasnamənin yeni layihəsinin iki ay ərzində hazırlanması və təsdiq üçün Azərbaycan prezidentinə təqdim olunması Nazirlər Kabinetinə tapşırılıb.

Oxşar məsələləri tənzimləyən ayrıca müəssisənin yaradılması məsələsini şərh edərkən nazir bildirib ki, "yaxın vaxtlarda bu, gözlənilmir". "Əgər kommunal xidmətlər qeyri-özəl sektor tərəfindən həyata keçirilirsə, onda bu müəssisənin yaradılması və fəaliyyəti məntiqə uyğun deyil.Hələlik bu xidmətlər dövlət tərəfindən təqdim olunur və dövlət tərəfindən də tənzimlənməlidir.İctimai olaraq müvafiq Agentlik yaradılması planlaşdırılır və onun strukturunda özəl sektorun, dövlət müəssisələrinin və parlamentin nümayəndələri ola bilər.Tamamilə özəl Agentliyə gəlincə isə, onun fəaliyyətini və iş mexanizmini qaz və elektrik təminatının dövlət strukturları tərəfindən həyata keçirilməsi nəzərə alınmaqla təsəvvür etmək mümkün deyil.Bununla əlaqədar olaraq yaxın vaxtlarda belə bir strukturun fəaliyyətinin müsbət yekunlarına ümid yoxdur" -deyə F.Əliyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti