...

Baytarlıq xidmətinin mütəxəssisləri Azərbaycanın regionlarına ezam olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2006 12:09 (UTC +04:00)

Fevralın 6-da Kənd təsərrüfatı nazirliyi yanında baytarlıq xidmətinin mütəxəssisləri yoluxucu xəstəliklərlə mübarizə üzrə epizootik tədbirlər çərçivəsində Azərbaycanın regionlarına ezam olunub. Trend in xəbər verdiyi kimi, bu barədə Dövlət Baytarlıq Xidmətinin fevralın 7-də yayılmış press-relizində bildirilir.

Ezamiyyət zamanı epizootik tədbirlərlə yanaşı ölkədə "quş qripi" ilə mübarizə çərçivəsində aparılmış tədbirlər, xəstəliklərdən müdafiə yolları və s. haqqında əhalinin maarifləndirilməsi üzrə işlər həyata keçiriləcək.

Məlumatda o da bildirilir ki, belə tədbirlər müntəzəm olaraq həyata keçirilir, baytarlıq xidmətinin mütəxəssisləri fərdi təsərrüfatlarda baytarlıq işlərinin yerinə yetirilməsində iştirak edir və regionlarda əhaliyə hər cür kömək göstərir.

Xəbər lenti

Xəbər lenti